Azərbaycanda depozit bazası 41,345 milyard manata çatıb

Azərbaycanda depozit bazası 41,345 milyard manata çatıb

BANK
271

Azərbaycanda 2026-cı ilin 1 mart tarixinə bank sektorunda ümumi depozit bazasının həcmi 41,345 milyard manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, ümumi depozitlərin 25,881 milyard manatı milli valyutada, 15,5 milyard manatı isə xarici valyutada yerləşdirilib.

Məlumata əsasən, milli valyutada olan depozitlərin 13,8 milyard manatı tələb olunanadək, 12,080 milyard manatı isə müddətli depozitlərdən ibarət olub. Xarici valyutada yerləşdirilmiş vəsaitlərin isə 8,1 milyard manatı tələb olunanadək, 7,3 milyard manatı müddətli depozitlər təşkil edib.

Qeyd olunub ki, ötən ilin eyni dövrü ilə müqayisədə milli valyutada depozitlər 2,175 milyard manat və ya 9,2 faiz artıb. Xarici valyutada depozitlər isə 1,2 milyard manat və ya 7,5 faiz azalıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda depozit bazası 41,345 milyard manata çatıb — Fins.az — Fins.az