Azərbaycanda debet kartları ilə əməliyyatların sayı və həcmi artıb

Azərbaycanda debet kartları ilə əməliyyatların sayı və həcmi artıb

BANK
448

2026-cı ilin yanvar ayında Azərbaycanda debet kartlarından istifadə etməklə həyata keçirilən əməliyyatların sayı 205,3 milyon ədəd təşkil edib, onların ümumi həcmi isə 10,573 milyard manata çatıb.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 2025-ci ilin yanvar ayı ilə müqayisədə debet kartları ilə aparılan əməliyyatların sayı 39,4 milyon və ya 23,8 % artıb. Həmin əməliyyatların ümumi həcmi isə 1,056 milyard manat və ya 11,1 % yüksəlib.

Belə ki, ötən ilin yanvar ayında debet kartları ilə həyata keçirilən əməliyyatların sayı 165,8 milyon, onların ümumi həcmi isə 9,517 milyard manat təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar ayına olan məlumata əsasən, Azərbaycanda bankların və Azərpoçt sistemləri vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 176 min artaraq 22 milyon 156 min ədədə çatıb.

Eyni zamanda, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə dövriyyədə olan ödəniş kartlarının sayı 11 % artıb.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda debet kartları ilə əməliyyatların sayı və həcmi artıb — Fins.az — Fins.az