Azərbaycanda bu bankların əmlakı satışa çıxarılır

Azərbaycanda bu bankların əmlakı satışa çıxarılır

BANK
497

Oktyabrın 12-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Gəncə Bank", “Texnika Bank” və “Amrah Bank” ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə növbəti açıq hərrac keçiriləcək.

Bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumata görə, söhbət "Gəncə Bank"a məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, ev 254 ünvanındakı 72 kv.m-lik, “Texnika Bank”a məxsus Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi, ev 47, mənzil 49 ünvanındakı 150,4 kv.m-lik, “Amrah Bank”a məxsus Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, 12 ünvanındakı 35,4 kv.m-lik, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, 80/12 ünvanındakı 31 kv.m-lik və 22,2 kv.m-lik qeyri-yaşayış sahələrindən gedir. Əmlaklara müvafiq olaraq 180 min manat, 800 min manat, 280 min manat, 245 min manat və 175,5 min manat qiymət qoyulub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda bu bankların əmlakı satışa çıxarılır — Fins.az — Fins.az