
Azərbaycanda BKM üzrə əməliyyatlar 6,1 mln. dollara yüksəlib
Aprelin 1-nə olan vəziyyətə görə, Banklararası Kart Mərkəzi vasitəsilə ümumilikdə 6,1 milyon ABŞ dolları həcmində 27,1 min ödəniş əməliyyatı həyata keçirilib.
Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayı 8,9 min ədəd və ya 48,9% artıb, əməliyyatların ümumi məbləği isə 1,2 milyon ABŞ dolları və ya 24,5% yüksəlib.
Qeyd olunur ki, ötən ilin 1 aprel tarixinə olan vəziyyətə əsasən, Banklararası Kart Mərkəzi vasitəsilə 4,9 milyon ABŞ dolları həcmində 18,2 min ödəniş əməliyyatı həyata keçirilmişdi.
Banklararası Kart Mərkəzi bank kartları üzrə ödənişlərin təhlükəsiz və operativ emalını təmin edən, banklar arasında ödənişlərin düzgün ötürülməsi və yekunlaşdırılmasını həyata keçirən əsas maliyyə və texnoloji infrastrukturdur.