Azərbaycanda bankomat əməliyyatlarının həcmi 4,031 milyard manata çatıb

Azərbaycanda bankomat əməliyyatlarının həcmi 4,031 milyard manata çatıb

BANK
344

2026-cı ilin mart ayında Azərbaycanda bankomatlar vasitəsilə nağd pul çıxarışlarının sayı 15,553 milyon əməliyyat, ümumi məbləği isə 4,031 milyard manat təşkil edib.

Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankomatlardan nağd pul çıxarışlarının sayı 3,05 milyon əməliyyat və ya 24,1% azalıb, lakin əməliyyatların həcmi 816 milyon manat və ya 25,4% artıb.

Müqayisə üçün qeyd olunur ki, 2025-ci ilin mart ayında bankomatlar vasitəsilə nağd pul çıxarışlarının sayı 12,503 milyon əməliyyat, ümumi məbləği isə 3,215 milyard manat təşkil edib.

Məlumata əsasən, mart ayına olan vəziyyətə görə Azərbaycanda bank sistemi və “Azərpoçt” MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 62 min ədəd artaraq ümumilikdə 22 milyon 409 min ədədə çatıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda bankomat əməliyyatlarının həcmi 4,031 milyard manata çatıb — Fins.az — Fins.az