Azərbaycanda bankların nəqliyyat sektoru üzrə biznes kredit portfeli 34,8% artıb

Azərbaycanda bankların nəqliyyat sektoru üzrə biznes kredit portfeli 34,8% artıb

BANK
335

2026-cı ilin aprelin 1-nə Azərbaycanda bankların nəqliyyat sektoru üzrə biznes kredit portfeli 1,970 milyard manat təşkil edib.

Fins.az Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 62,2 milyon manat və ya 3,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 508,7 milyon manat və ya 34,8% artım deməkdir.

Beləliklə, nəqliyyat sahəsi üzrə kredit portfeli 2026-cı ilin martın 1-də 1,908 milyard manat, ötən ilin aprelin 1-də isə 1,461 milyard manat təşkil edib.

Qeyd edək ki, 2026-cı ilin aprelin 1-nə Azərbaycanda bankların ümumi kredit portfeli 30,290 milyard manat olub. Kredit portfelinin strukturunda biznes kreditləri 53,5% (16,215 milyard manat), istehlak kreditləri 31,3% (9,491 milyard manat), ipoteka kreditləri isə 15,2% (4,585 milyard manat) paya malik olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda bankların nəqliyyat sektoru üzrə biznes kredit portfeli 34,8% artıb — Fins.az — Fins.az