Azərbaycanda bankların kənd təsərrüfatı sektoru üzrə biznes kredit portfeli artıb

Azərbaycanda bankların kənd təsərrüfatı sektoru üzrə biznes kredit portfeli artıb

BANK
325

2026-cı ilin aprelin 1-nə Azərbaycanda bankların kənd təsərrüfatı sektoru üzrə biznes kredit portfeli 2,064 milyard manat təşkil edib.

Fins.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumatına görə, bu göstərici aylıq müqayisədə 7 milyon manat və ya 0,3% azalma, ötən ilin eyni dövrü ilə müqayisədə isə 277,7 milyon manat və ya 15,5% artım deməkdir.

Belə ki, kənd təsərrüfatı sektoru üzrə kredit portfeli 2026-cı ilin martın 1-də 2,071 milyard manat, 2025-ci ilin aprelin 1-də isə 1,786 milyard manat təşkil edib.

Qeyd edək ki, 2026-cı ilin aprelin 1-nə Azərbaycanda bankların ümumi kredit portfeli 30,290 milyard manat olub. Kredit portfelinin strukturunda biznes kreditləri 53,5% (16,215 milyard manat), istehlak kreditləri 31,3% (9,491 milyard manat), ipoteka kreditləri isə 15,2% (4,585 milyard manat paya malik olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda bankların kənd təsərrüfatı sektoru üzrə biznes kredit portfeli artıb — Fins.az — Fins.az