
Azərbaycanda bankların aktivlərinin həcmi üzrə RENKİNQİ - II RÜB/2026
2026-cı ilin II rübünün sonuna Azərbaycanda fəaliyyət göstərən bankların aktivlərinin həcmi açıqlanıb.
Fins.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, 2026-cı il iyunun 30-na bank sektorunda aktivlərinin həcminə görə lider Azərbaycan Beynəlxalq Bankı (ABB) olub. Bankın aktivləri 15 milyard 304,5 milyon manat təşkil edib.
İkinci yerdə 13 milyard 271,8 milyon manat aktivlə Kapital Bank, üçüncü yerdə isə 9 milyard 522,4 milyon manat aktivlə PAŞA Bank qərarlaşıb.
İlk beşliyi 2 milyard 832,3 milyon manat aktivlə Xalq Bank və 2 milyard 716,9 milyon manat aktivlə Bank Respublika tamamlayıb.
Siyahının sonuncu pilləsində isə 121,5 milyon manat aktivlə Bank Melli İran Bakı filialı yer alıb.
Bankların aktivlərinin həcminə görə renkinq (30.06.2026)
№ | Bankın adı | Aktivlər (min manat) |
|---|---|---|
1 | Azərbaycan Beynəlxalq Bankı (ABB) | 15,304,532 |
2 | Kapital Bank | 13,271,814 |
3 | PAŞA Bank | 9,522,354 |
4 | Xalq Bank | 2,832,273 |
5 | Bank Respublika | 2,716,925 |
6 | Unibank | 2,311,377 |
7 | Azər-Türk Bank | 2,048,267 |
8 | AccessBank | 1,785,111 |
9 | Ziraat Bank Azərbaycan | 1,559,974 |
10 | Yelo Bank | 1,474,995 |
11 | Rabitəbank | 1,398,522 |
12 | Bank of Baku | 1,391,562 |
13 | TuranBank | 951,015 |
14 | Azərbaycan Sənaye Bankı | 874,525 |
15 | Yapı Kredi Bank Azərbaycan | 870,732 |
16 | Expressbank | 704,970 |
17 | Premium Bank | 668,222 |
18 | AFB Bank | 536,916 |
19 | Bank VTB (Azərbaycan) | 336,851 |
20 | Bank Avrasiya | 218,528 |
21 | Bank Melli İran Bakı filialı | 121,532 |