Azərbaycanda bank və BOKT-ların xalis tələbləri 7,41 milyard manat olub

Azərbaycanda bank və BOKT-ların xalis tələbləri 7,41 milyard manat olub

BANK
224

2025-ci ilin dekabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 7,409 milyard manat təşkil edib.

Finss.az AMB-nin məlumatına əsasən xəbər verir ki, bu göstərici noyabrın 1-i ilə müqayisədə 582,8 milyon manat və ya 7,3% azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə xalis tələblər 2,813 milyard manat və ya 27,5% aşağı düşüb.

Qeyd edək ki, 2025-ci ilin noyabrın 1-i üçün xalis tələblər 7,992 milyard manat, 2024-cü ilin dekabrın 1-i üçün isə 10,223 milyard manat səviyyəsində olub.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda bank və BOKT-ların xalis tələbləri 7,41 milyard manat olub — Fins.az — Fins.az