
Azərbaycanda aqrar kredit portfeli 568,6 milyon manat təşkil edib
2026-cı ilin 1 mart tarixinə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-bank kredit təşkilatları tərəfindən kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna yönəldilmiş kreditlərin həcmi 568,6 milyon manat təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı-yə istinadən məlumat verilib.
Bildirilib ki, sözügedən göstərici aylıq müqayisədə 0,6 milyon manat və ya 0,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 6,7 milyon manat və ya 1,2% azalıb.
Qeyd olunub ki, ümumilikdə 2026-cı ilin martın 1-nə Azərbaycanda real sektora yönəldilmiş kredit portfelinin həcmi 32,564 milyard manat təşkil edib.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 143,3 milyon manat və ya 0,4% artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə real sektor kreditləri 2,7 milyard manat və ya 9% yüksəlib.