
Azərbaycanda Ani Ödənişlər Sistemi əməliyyatları artıb
2026-cı ilin mart ayında Azərbaycanda Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə aparılmış əməliyyatların həcmi 570 milyon manat, əməliyyatların sayı isə 5,347 milyon ədəd təşkil edib.
Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə AÖS əməliyyatlarının həcmi 476,2 milyon manat və ya 6,1 dəfə, əməliyyatların sayı isə 5,273 milyon vahid və ya 72,3 dəfə artıb.
Müqayisə üçün qeyd edilir ki, 2025-ci ilin mart ayında ölkədə AÖS vasitəsilə əməliyyatların həcmi 93,8 milyon manat, sayı isə 74 min vahid olub.
Eyni zamanda, mart ayına olan vəziyyətə görə Azərbaycanda bank sistemi və “Azərpoçt” MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 62 min ədəd artaraq ümumilikdə 22 milyon 409 min ədədə çatıb.