
Azərbaycanda 51 mln manatdan çox xalis mənfəət əldə edən bank
2020-ci ilin yanvar-mart dövründə Azərbaycan Beynəxalq Bankının cəmi əməliyyat gəlirləri 139 milyon 17 min manat, cəmi əməliyyat xərcləri isə 63 milyon 388 min manat təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Beynəlxalq Bankın 2020-cu ilin birinci rübünə dair maliyyə hesabatında məlumat verilir.
Bildirilir ki,gəlirlər xərcləri üstələdiyindən Bankın 75 milyon 630 min əməliyyat mənfəəti yaranıb. Əməliyyat mənfəətindən 24 milyon 580 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılıb və nəticədə Beynəlxalq Bank ilk rübü 51 milyon 50 min manat xalis mənfəətlə başa vurub.
Müəllif:Aynur Qəniyeva