Azərbaycanda 2026-cı il üçün inflyasiya 5,2%, 2027-ci il üçün 4,6% proqnozlaşdırılır - ING

Azərbaycanda 2026-cı il üçün inflyasiya 5,2%, 2027-ci il üçün 4,6% proqnozlaşdırılır - ING

BANK
278

Fins.az - "ING" qrupunun yenilənmiş proqnozlarına əsasən, Azərbaycanda 2026-cı ildə inflyasiya 5,2%, 2027-ci ildə isə 4,6% səviyyəsində gözlənilir. Öncəki proqnozlarda 2026-cı il üçün inflyasiya 5,4% göstərilib.

2026-cı il üçün rüblük inflyasiya proqnozu belə müəyyən olunub:

  • I rüb — 5,8%

  • II rüb — 5,5%

  • III rüb — 4,9%

  • IV rüb — 4,6%

2027-ci il üçün rüblük proqnoz:

  • I rüb — 4,3%

  • II rüb — 4,5%

  • III rüb — 4,7%

  • IV rüb — 4,9%

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin fevral ayında istehlak qiymətləri 2025-ci ilin fevral ayı ilə müqayisədə 5,7% artıb. Bu artım ərzaq məhsulları, spirtli içkilər və tütün məmulatları üzrə 6,8%, qeyri-ərzaq malları üzrə 3,7%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 5,7% təşkil edib.

Orta illik qiymət artımı 5,7%, son bir ay ərzində isə 0,6% olub. Cari ilin yanvar-fevral aylarında isə ərzaq məhsulları, spirtli içkilər və tütün məmulatlarının qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 7,0% artıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda 2026-cı il üçün inflyasiya 5,2%, 2027-ci il üçün 4,6% proqnozlaşdırılır - ING — Fins.az — Fins.az