Azərbaycana sürətli pul köçürmələri 20,7 faiz artıb

Azərbaycana sürətli pul köçürmələri 20,7 faiz artıb

BANK
192

Fins.az – 2026-cı ilin may ayında sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycan banklarına daxil olan vəsaitin həcmi 189,7 milyon manat təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletendə bildirilib.

Məlumata görə, hesabat ayında sürətli pul köçürmə sistemləri vasitəsilə 246,6 min əməliyyat həyata keçirilib.

AMB-nin məlumatına əsasən, 2025-ci ilin may ayı ilə müqayisədə əməliyyatların sayı 53,9 min və ya 17,9 faiz azalsa da, daxil olan vəsaitin həcmi 32,6 milyon manat və ya 20,7 faiz artıb.

Hesabat dövründə bir köçürmənin orta məbləği 769,2 manat olub. Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 246,5 manat və ya 47,2 faiz çoxdur.

Mərkəzi Bank qeyd edib ki, 2026-cı ilin may ayının sonuna bank sistemi və "Azərpoçt" MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 309 min artaraq 22 milyon 827 min ədədə çatıb.

Qurumun məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artıb. Bu müddətdə debet kartlarının sayı 13 faiz artdığı, kredit kartlarının sayı isə 3 faiz azaldığı bildirilib.

AMB vurğulayıb ki, ödəniş kartlarının sayındakı artım nağdsız hesablaşmaların həcminə də müsbət təsir göstərib. Belə ki, ilin əvvəlindən etibarən ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycana sürətli pul köçürmələri 20,7 faiz artıb — Fins.az — Fins.az