Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 877,1 milyon dollar olub

Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 877,1 milyon dollar olub

BANK
306

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanla Türkiyə arasında ticarət əməliyyatlarının həcmi 877,1 milyon ABŞ dolları təşkil edib.

Fins.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 127,5 milyon dollar və ya 12,7% azalma deməkdir.

Hesabat dövründə Türkiyə ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarətinin 14%-ni təşkil edib və bu ölkə ölkənin ən çox ticarət əməliyyatları apardığı ölkələr arasında İtaliyadan sonra 2-ci pillədə qərarlaşıb.

Yanvar-fevral aylarında Azərbaycandan Türkiyəyə ixrac 532,9 milyon dollar olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 28,1 milyon dollar və ya 7% azalma deməkdir. İxracın 83,4 milyon dollarını qeyri-neft məhsulları təşkil edib ki, bu sahədə Türkiyənin payı 14,37% və 2-ci yerdədir. Qeyri-neft məhsullarının Türkiyəyə ixracı isə 644 min dollar və ya 0,8% artıb.

Eyni zamanda, Azərbaycandan Türkiyəyə 22,1 milyon dollar dəyərində 47,1 min ton xam neft və xam neft məhsulları ixrac edilib. Bu, dəyər ifadəsində 14,7 milyon dollar və ya 3 dəfə, həcm baxımından isə 11,7 min ton və ya 1,8 dəfə artım deməkdir.

Türkiyədən Azərbaycana idxal isə 344,2 milyon dollar təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 87,1 milyon dollar və ya 20,2% azalma deməkdir.

Qeyd edək ki, yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə ümumi ticarət əməliyyatlarının həcmi 6,264 milyard dollar olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,640 milyard dollar və ya 29,6% azalma deməkdir.

Xarici ticarət dövriyyəsində 3,665 milyard dollar ixracın, 2,599 milyard dollar isə idxalın payına düşüb. Son bir ildə ixrac 1,101 milyard dollar və ya 23,1%, idxal isə 1,539 milyard dollar və ya 1,6 dəfə azalıb. Yekunda xarici ticarətdə 1,066 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 438 milyon dollar və ya 1,7 dəfə çoxdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 877,1 milyon dollar olub — Fins.az — Fins.az