“Azərbaycan Sənaye Bankı”-nın kredit portfeli 4,2% ARTIB

“Azərbaycan Sənaye Bankı”-nın kredit portfeli 4,2% ARTIB 

BANK
389

30 sentyabr 2020-ci il tarixinə “Azərbaycan Sənaye Bankı”nın aktivləri 935,153 mln. manat təşkil edir ki, bu da 2019-cu ilin sonuna olan göstəricidən 5,1% azdır.

Fins.az xəbər verir ki,hesabat dövrünün sonuna bankın kredit portfeli 345,177 mln. manata  bərabərdir. Bu göstərici 2020-ci ilin yanvar ayına nisbətən 4,2% artıb. Aktivlərin strukturunda ASB-nin banklar da daxil olmaqla maliyyə institutlarında olan depozitləri xüsusi çəkiyə malikdir, onların həcmi 450,123 mln. manat olub ki, bu da ilin əvvəlindəki göstərici ilə müqaisədə 17,1 % azlıb.

30 sentyabr 2020-ci il tarixinə bankın öhdəlikləri 831,225 mln. manat  təşkil edib ki,bu da ilin əvvəli ilə müqaisədə 6,1% azalıb .

Hesabat dövrünün sonuna ASB-nin depozit portfeli 662,269 mln. manata bərabər olub ki,2020-ci ilin yanvar olan göstəricilərə nisbətən 7,4% azalıb .

Sentyabrın 30-na bankın kapitalı yanvar ayına nisbətən 4,3% artaraq,103 mln. 928,65 min manat təşkil edib . Bankın nizamnamə kapitalı 60 mln. manatdır.

2020-ci ilin yanvar-sentyabr aylarında fəaliyyətinin yekunları üzrə ASB-nin xalis mənfəəti 5 mln. 130,04 min manat təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqaisədə 22,8% azalıb.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Azərbaycan Sənaye Bankı”-nın kredit portfeli 4,2% ARTIB — Fins.az — Fins.az