
Azərbaycan qazının ixrac qiyməti 5,5% artıb - Samir Nəsirov
2025-ci ildə Azərbaycan neftinin reallaşmış orta qiyməti 68,5 ABŞ dolları təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov 2025-ci ilin yekunlarına dair tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə məlumat verib.
Onun sözlərinə görə, bu göstərici 2024-cü ildə qeydə alınmış 84 dollar səviyyəsi ilə müqayisədə azalma deməkdir.
Bildirilib ki, eyni dövrdə Azərbaycan qazının ixrac qiyməti artım nümayiş etdirib. Belə ki, ixrac olunmuş qazın hər min kubmetri üzrə orta qiymət 289 dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,5 faiz artım deməkdir.