Azərbaycan nəqliyyat və rabitə sektoruna kreditlər artıb

Azərbaycan nəqliyyat və rabitə sektoruna kreditlər artıb

BANK
382

2026-cı il mayın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-bank kredit təşkilatları tərəfindən nəqliyyat və rabitə sektoruna yönəldilən kreditlərin həcmi 2,310 milyard manat təşkil edib.

Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici aylıq müqayisədə 49,8 milyon manat və ya 2,2 faiz artıb.

İllik müqayisədə isə nəqliyyat və rabitə sektoruna yönələn kreditlər 415,9 milyon manat və ya 21,9 faiz yüksəlib.

Məlumata əsasən, 2026-cı il mayın 1-nə Azərbaycanda real sektora yönəldilən kredit portfelinin ümumi həcmi 33,246 milyard manat təşkil edib.

Bu göstərici aylıq müqayisədə 314 milyon manat və ya 0,9 faiz, 2025-ci ilin eyni dövrü ilə müqayisədə isə 2,8 milyard manat və ya 9,4 faiz artım nümayiş etdirib.

Beləliklə, nəqliyyat və rabitə sektorunda kredit qoyuluşlarının artımı real iqtisadiyyatın maliyyələşdirilməsində bank sektorunun aktivliyinin gücləndiyini göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan nəqliyyat və rabitə sektoruna kreditlər artıb — Fins.az — Fins.az