
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının həcmi açıqlanıb
Azərbaycan Mərkəzi Bankının sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.
Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb
Məlumata görə, Mərkəzi Bankının valyuta ehtiyatları oktyabrın 1-nə 6 milyard 491,4 milyon ABŞ dolları olub. Bu göstərici ötən ayın eyni dövrü ilə müqayisədə 7,5 milyon dollar çoxdur.