Azərbaycan Mərkəzi Bankı "İnci Kredo Kredit İttifaqı" MMC-nin lisenziyasını ləğv edib

Azərbaycan Mərkəzi Bankı "İnci Kredo Kredit İttifaqı" MMC-nin lisenziyasını ləğv edib

BANK
745

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "İnci Kredo Kredit İttifaqı" MMC-nin lisenziyası ləğv olunub.

Finss.az AMB-nin məlumatına əsaəsn xəbər verir ki, iyul ayında “İnci Kredo Kredit İttifaqı” MMC tərəfindən 2025-ci ilin II rübü üzrə hesabatlarKredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbləri pozularaq gecikmə ilə təqdim edilib.

Buna görə “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndi əsas götürülərək, AMB tərəfindən “İnci Kredo” Kredit İttifaqına bu hesabatların qanunvericilikdə müəyyən edilmiş müddətdə təqdim olunması ilə bağlı icrası məcburi göstəriş verilib.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Mərkəzi Bankı "İnci Kredo Kredit İttifaqı" MMC-nin lisenziyasını ləğv edib — Fins.az — Fins.az