Azərbaycan Mərkəzi Bankı media nümayəndələri üçün “Rəqəmsal maliyyə ekosistemi” mövzusunda təlim keçirib

Azərbaycan Mərkəzi Bankı media nümayəndələri üçün “Rəqəmsal maliyyə ekosistemi” mövzusunda təlim keçirib

BANK
624

Fins.az - Mərkəzi Bank tərəfindən media nümayəndələrinin mərkəzi bankçılıq gündəmində olan aktual mövzular üzrə məlumatlılığının artırılmasına yönəlmiş təşəbbüslər davam etdirilir. 

Növbəti belə təşəbbüs “Maliyyə texnologiyaları, virtual aktivlər və rəqəmsal maliyyə ekosisteminin inkişafı” mövzusu üzrə təlimin keçirilməsi olub. 20-yə yaxın media nümayəndəsinin iştirak etdiyi təlimdə maliyyə sektorunda rəqəmsallaşma prosesləri, innovativ ödəniş həlləri, açıq bankçılıq prinsipləri və müasir tənzimləmə yanaşmaları barədə ətraflı məlumat verilib. 

Tədbir zamanı iştirakçılara ölkədə rəqəmsal maliyyə ekosisteminin inkişaf istiqamətləri, xüsusi tənzimləmə rejimi üzrə məlumatlar təqdim olunub və bu mövzulara dair sualları cavablandırılıb. İnteraktiv müzakirələrlə müşayiət olunan təlimdə beynəlxalq təcrübə üzrə müqayisəli nümunələr də paylaşılıb. 

Mərkəzi Bank maliyyə savadlılığının gücləndirilməsini prioritet istiqamətlərdən biri hesab edir və bu istiqamətdə maarifləndirici təşəbbüslərin davam etdirilməsini nəzərdə tutur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Mərkəzi Bankı media nümayəndələri üçün “Rəqəmsal maliyyə ekosistemi” mövzusunda təlim keçirib — Fins.az — Fins.az