Azərbaycan da daxil olmaqla 9 ölkə AİB layihəsinə daxil edilib

Azərbaycan da daxil olmaqla 9 ölkə AİB layihəsinə daxil edilib

BANK
330

Asiya İnkişaf Bankı (AİB) “Qafqaz, Mərkəzi Asiya ölkələri və Monqolustanda makroiqtisadi idarəetmə sahəsində Beynəlxalq Valyuta Fondu (BVF) ilə əməkdaşlığın gücləndirilməsi” layihəsinin həyata keçirilməsi imkanını nəzərdən keçirir.

Fins.az xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankı məlumat yayıb.

Məlumata görə, layihənin 1 milyon ABŞ dolları həcmində Texniki Yardım üzrə Xüsusi Fond (Technical Assistance Special Fund) vəsaiti hesabına maliyyələşdirilməsi planlaşdırılır.

Təşəbbüs Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq çərçivəsində Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edir.

Hazırkı mərhələdə layihə ilə bağlı əlavə detallar açıqlanmayıb.

Eyni zamanda, AİB-in 2025-ci ildə Azərbaycan üzrə öhdəliklərinin ümumi həcmi 58,8 milyon ABŞ dolları təşkil edib. Bankın strategiyası biliklərin inkişafı, innovasiyalar və katalitik maliyyələşdirmə vasitəsilə “yaşıl” və şaxələndirilmiş iqtisadi artımın dəstəklənməsini, aşağı karbonlu bağlantıların inkişafını və yüksək əlavə dəyər yaradan sahələrin gücləndirilməsini nəzərdə tutur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan da daxil olmaqla 9 ölkə AİB layihəsinə daxil edilib — Fins.az — Fins.az