Azərbaycan banklarının xalis xarici və daxili aktivləri artıb

Azərbaycan banklarının xalis xarici və daxili aktivləri artıb

BANK
239

2025-ci ilin noyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 28,577 milyard manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 1,8 milyard manat (1,8%), ilin əvvəli ilə müqayisədə 2 milyard manat (7,4%), ötən ilin noyabrın 1-i ilə müqayisədə isə 2,3 milyard manat (8,7%) artım göstərib.

Hesabat tarixinə bankların xalis daxili aktivləri 18,914 milyard manat olub. Bu, aylıq müqayisədə 2,3 milyard manat və ya 10,9% azalıb, ilin əvvəli ilə müqayisədə 977 milyon manat və ya 4,9% azalıb, illik müqayisədə isə 748,3 milyon manat və ya 4,1% çox olub.

Hesabat dövründə Azərbaycanda ümumi aktivləri 56,342 milyard manat olan 22 bank fəaliyyət göstərir.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan banklarının xalis xarici və daxili aktivləri artıb — Fins.az — Fins.az