Azərbaycan banklarının xalis xarici aktivləri 29,5 milyard manata çatıb

Azərbaycan banklarının xalis xarici aktivləri 29,5 milyard manata çatıb

BANK
80

Bu il mayın 1-nə olan vəziyyətə görə, Azərbaycan banklarının xalis xarici aktivləri 29,523 milyard manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 997,7 milyon manat və ya 3,5%, ötən ilin mayın 1-nə nisbətən isə 597,7 milyon manat və ya 2,1% artım deməkdir.

Hesabat dövründə bank sektorunun xalis daxili aktivləri isə 20,646 milyard manat olub. Bu göstərici aylıq müqayisədə 809 milyon manat və ya 3,8% azalsa da, illik müqayisədə 2,363 milyard manat və ya 12,9% artım göstərib.

Beləliklə, 2026-cı ilin mayın 1-nə olan vəziyyətə görə, bankların xalis xarici aktivləri xalis daxili aktivləri 7,067 milyard manat və ya 1,4 dəfə üstələyib.

Hesabat dövründə Azərbaycanda ümumilikdə 22 bank fəaliyyət göstərib. Bank sektorunun cəmi aktivləri 57,356 milyard manat, cəmi öhdəlikləri 49,696 milyard manat, balans kapitalı isə 7,660 milyard manat təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan banklarının xalis xarici aktivləri 29,5 milyard manata çatıb — Fins.az — Fins.az