Azərbaycan banklarının xalis xarici aktivləri 26,5 milyard manat olub

Azərbaycan banklarının xalis xarici aktivləri 26,5 milyard manat olub

BANK
220

2026-cı ilin martın 1-nə olan vəziyyətə görə, Azərbaycan banklarının xalis xarici aktivləri 26,517 milyard manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu, aylıq müqayisədə 130,9 milyon manat və ya 0,5% azalma deməkdir, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 2 milyard manat və ya 7,1% azdır.

Hesabat tarixinə bankların xalis daxili aktivləri 22,599 milyard manat olub. Bu, aylıq müqayisədə 2,5 milyard manat və ya 10,3% azalma, ötən ilin martın 1-nə nisbətən isə 1,1 milyard manat və ya 4,9% artım deməkdir.

Beləliklə, martın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri xalis daxili aktivlərini 3,9 milyard manat və ya 1,2 dəfə üstələyib.

Hesabat dövründə Azərbaycanda 22 bank fəaliyyət göstərib. Bu bankların cəmi aktivləri 57,133 milyard manat, cəmi öhdəlikləri 49,617 milyard manat, balans kapitalı isə 7,515 milyard manat təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan banklarının xalis xarici aktivləri 26,5 milyard manat olub — Fins.az — Fins.az