Azərbaycan banklarının nəqliyyat sahəsi üzrə kredit portfeli artıb

Azərbaycan banklarının nəqliyyat sahəsi üzrə kredit portfeli artıb

BANK
597

Azərbaycan banklarının nəqliyyat sahəsi üzrə biznes kredit portfeli 1,62 milyard manata çatıb.

Finss.az-ın Mərkəzi Banka istinadən məlumatına görə, 2025-ci ilin sentyabrın 1-nə Azərbaycan banklarının nəqliyyat sahəsi üzrə biznes kredit portfeli 1,620 milyard manat təşkil edib. Bu göstərici aylıq müqayisədə 19,8 milyon manat və ya 1,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 246,3 milyon manat və ya 17,9% artıb.

2025-ci ilin avqustun 1-nə nəqliyyat sahəsi üzrə kredit portfeli 1,600 milyard manat, ötən ilin sentyabrın 1-nə isə 1,374 milyard manat təşkil etmişdi.

Cari ilin sentyabrın 1-nə Azərbaycanda bankların ümumi kredit portfeli 28,705 milyard manat olub, bu da aylıq müqayisədə 0,7% və ya 206,7 milyon manat artım deməkdir. Kredit portfelinin 52,6%-i (15,092 milyard manat) biznes kreditləri, 31,7%-i (9,114 milyard manat) istehlak kreditləri, 15,7%-i (4,499 milyard manat) ipoteka kreditləri təşkil edib.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan banklarının nəqliyyat sahəsi üzrə kredit portfeli artıb — Fins.az — Fins.az