Azərbaycan banklarının kredit portfeli artıb

Azərbaycan banklarının kredit portfeli artıb

BANK
218

2026-cı ilin 31 mart tarixinə Azərbaycan banklarının ümumi kredit portfeli 0,6% və ya 171,5 milyon manat artaraq 30 milyard 290 milyon manata yüksəlib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, kredit portfelinin strukturu belə olub: biznes kreditləri 53,5% (16,214.8 milyon manat), istehlak kreditləri 31,3% (9,490.9 milyon manat), ipoteka kreditləri isə 15,2% (4,584.6 milyon manat) təşkil edib.

Bankların öhdəliklərində depozit portfeli üstünlük təşkil etməyə davam edir və ümumi öhdəliklərin 74,7%-ni və ya 37,568.4 milyon manatını əhatə edir.

Depozitlərin 55,8%-i hüquqi şəxslərə məxsusdur (20,980.1 milyon manat), 44,2%-i isə fiziki şəxslərin depozitlərindən (16,588.3 milyon manat) ibarətdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan banklarının kredit portfeli artıb — Fins.az — Fins.az