Azərbaycan banklarının "Bloomberg" ticarət sistemindəki əqdlərin həcmi 65,4 milyard manat olub

Azərbaycan banklarının "Bloomberg" ticarət sistemindəki əqdlərin həcmi 65,4 milyard manat olub

BANK
392

2025-ci il ərzində Bloomberg ticarət sistemində banklar arasında ümumi həcmi 65,4 milyard manat olan 3 661 ədəd əqd bağlanıb.

Finss.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən yaydığı məlumata görə, bu göstəricilər 2024-cü illə müqayisədə müvafiq olaraq 35,8% və 2,7% azdır.

Bildirilib ki, hesabat dövründə banklararası bazarın təminatsız sektorunda aktivlik davam edib. Qeyd olunub ki, həyata keçirilən əməliyyatların ümumi həcminin 95%-i 1-3 günlük əqdlər hesabına formalaşıb.

Mütəxəssislərin fikrincə, qısamüddətli əməliyyatların üstünlük təşkil etməsi bank sektorunda likvidliyin operativ idarə olunmasına yönəlmiş strategiyanın davam etdiyini göstərir.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan banklarının "Bloomberg" ticarət sistemindəki əqdlərin həcmi 65,4 milyard manat olub — Fins.az — Fins.az