Azərbaycan banklarında kredit portfeli və mənfəət artıb

Azərbaycan banklarında kredit portfeli və mənfəət artıb

BANK
308

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanın bank sektoru 189,7 milyon manat xalis mənfəət əldə edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 milyon manat və ya 5,7% çoxdur.

Hesabat dövründə banklar 301,2 milyon manat məbləğində əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 26 milyon manat və ya 9,4% artım deməkdir.

Qeyd olunur ki, cari ilin ilk 2 ayında banklar tərəfindən ümumilikdə 47,7 milyon manat məbləğində mənfəət vergisi ödənilib.

Eyni zamanda 2026-cı ilin fevralın 28-nə bankların kredit portfeli 0,5% və ya 138,8 milyon manat artaraq 30 milyard 118,9 milyon manat təşkil edib.

Kredit portfelinin strukturu belədir:

  • Biznes kreditləri – 53,3% (16,058 milyon manat)

  • İstehlak kreditləri – 31,4% (9 milyard 467,5 milyon manat)

  • İpoteka kreditləri – 15,3% (4 milyard 593,4 milyon manat)

Bankların öhdəliklərinin strukturunda depozit portfeli üstünlük təşkil edir. Cəmi öhdəliklərin 75,2%-i və ya 37 milyard 290,6 milyon manat depozitlərdən ibarətdir. Depozit portfelinin 54,8%-i (20 milyard 425,4 milyon manat) hüquqi şəxslərin, 45,2%-i (16 milyard 865,3 milyon manat) isə fiziki şəxslərin depozitlərindən ibarətdir (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla).

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan banklarında kredit portfeli və mənfəət artıb — Fins.az — Fins.az