Azərbaycan Banklar Assosiasiyası Pekində Çin tərəfi ilə strateji əməkdaşlığı müzakirə edib

Azərbaycan Banklar Assosiasiyası Pekində Çin tərəfi ilə strateji əməkdaşlığı müzakirə edib

BANK
423

Fins.az - 1 aprel 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyəti Çin Xalq Respublikasına səfər çərçivəsində Çin Banklar Assosiasiyasının (CBA) rəhbərliyi və müvafiq bölmələrinin rəsmi nümayəndələri ilə işgüzar görüşdə iştirak edib. Görüş Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Azərbaycan tərəfdən görüşdə ABA prezidenti Zakir Nuriyev, icraçı direktor Yunus Abdulov və baş iqtisadçı Əzizağa Haxverdiyev iştirak ediblər. Çin tərəfdən isə CBA-nın sədr müavini və baş katibin müavini Yin Youxiang, baş katib Xu Jieqin və Tədqiqat Departamentinin direktoru Li Jian iştirak edib.

Tədbir çərçivəsində tərəflər bank assosiasiyalarının fəaliyyəti, mövcud prioritetlər və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. Görüş zamanı hər iki ölkənin maliyyə sektoru üzrə təqdimatlar keçirilib. Xüsusilə Azərbaycan maliyyə sisteminin Dünya Bankının 2025-ci il hesabatına əsasən “maliyyə xidmətləri” kateqoriyasında dünya üzrə birinci yerdə olması qeyd edilib və bu uğurun ölkədəki tənzimləyici çərçivə ilə bağlı olduğu vurğulanıb.

Çin tərəfi Yin Youxiang və Xu Jieqin vasitəsilə Çin bank sektorunun makroiqtisadi vəziyyəti, maliyyə sabitliyi və strateji hədəfləri barədə məlumat veriblər. ABA prezidenti Zakir Nuriyev Assosiasiyanın missiyası, bank sektorunda həyata keçirilən təşəbbüslər və Azərbaycan–Çin əməkdaşlığı perspektivlərini diqqətə çatdırıb. İcraçı direktor Yunus Abdulov ABA-nın struktur və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə, baş iqtisadçı Əzizağa Haxverdiyev isə Azərbaycan iqtisadiyyatındakı makroiqtisadi vəziyyət və bank islahatları ilə bağlı məruzə təqdim edib. Çin tərəfindən Li Jian isə rəqəmsal maliyyə sahəsində tətbiq olunan innovativ həllər barədə çıxış edib.

Görüş çərçivəsində tərəflər bank sektorunda təcrübə mübadiləsi və birgə layihələrin reallaşdırılması imkanlarını qiymətləndiriblər. Tədbirin sonunda ABA və CBA arasında gələcək əməkdaşlıq memorandumunun imzalanması istiqamətində ilkin razılıq əldə edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Banklar Assosiasiyası Pekində Çin tərəfi ilə strateji əməkdaşlığı müzakirə edib — Fins.az — Fins.az