Azərbaycan 430 mln dollar məbləğində kredit cəlb etmək üçün sazişlər imzalayıb

Azərbaycan 430 mln dollar məbləğində kredit cəlb etmək üçün sazişlər imzalayıb

BANK
1,476

Azərbaycan hökuməti 2019-cu ildə beynəlxalq və kommersiya maliyyə-kredit təşkilatlarından $430 milyon məbləğində kreditin alınmasını nəzərdə tutan 3 kredit sazişi imzalayıb. 
Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycan ümumilikdə $2 milyard 2,34 milyon məbləğində 6 kredit sazişi imzalayıb.

“2019-cu ildə dövlət sektorunda idarəetmənin effektivliyinin artırılması, eləcə də dəmir yollarının inkişafı ilə bağlı layihələrin maliyyələşdirilməsi üçün $430 milyon məbləğində 3 saziş imzalanıb”, - deyə məlumatda bildirilir.

Ötən il Azərbaycan müxtəlif layihə və proqramların həyata keçirilməsi üçün $37,2 milyon məbləğində qrant və texniki yardım alıb. 2018-ci ilin yekunları üzrə bu məbləğ $16,758 milyon təşkil edib.

1 yanvar 2020-ci il tarixinə Azərbaycan $12 milyard 914,8 milyon məbləğində kredit sazişləri (hökumət tərəfindən cəlb edilmiş və dövlət büdcəsindən xidmət göstərilən) imzalayıb. Cari ilin əvvəlinə bu vəsaitin $11 milyard 410,1 milyonu (2019-cu ildə $827,1 milyonu) istifadə edilib

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan 430 mln dollar məbləğində kredit cəlb etmək üçün sazişlər imzalayıb — Fins.az — Fins.az