
"Azər-Türk Bank"-ın xalis mənfəəti 86,8% AZALIB
2020-ci ilin yanvar-sentyabr aylarında “Azər-Türk Bank”ın biznes kreditə üzrə - 40,632 milyon manat olub ki, bu da 2020-ci ilin yanvar ayının yekunlarına görə 34,3% azalma kimi qiymətləndirilir.
Hesabat dövründə aktivləri 1% artaraq 351,04 mln. manata çatıb.
Məlumata görə,hesabat dövrünün yekunları üzrə bankın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqaisədə 86,8% azalaraq 89 min manat təşkil edib.
2020-cu il sentyabrın 30-na bankın kredit portfeli 10,1% azalaraq 167,718 mln. manat təşkil edib. Eyni zamanda, hesabat dövrünün sonuna istehlak kreditləri üzrə portfel 14,7% azalaraq 47,391 milyon manat olub.
Bankın öhdəlikləri 1% artıb .Belə ki, 2020-ci ilin yanvar-sentyabr aylarında bankın öhtəlikləri 295,184 mln. manata bərabər olub.Sentyabrın sonuna bankın depozit portfeli 8,7% azalaraq164,634 milyon manat olub.
Hesabat dövründə fiziki şəxslərin əmanətləri 0,8% artaraq 72,736 milyon manat təşkil edir.
2020-ci il oktyabr ayının əvvəlinə bankın kapitalı 0,5% artaraq 55,856 mln. manata çatıb.Bankın nizamnamə kapitalı dəyişməyərək 50 mln. manata bərabər olub.
Qeyd edək ki, “Azər-Türk Bank” 1995-ci ilin may ayında yaradılıb və ölkənin aparıcı 15 bankı sırasına daxildir. Bankın əsas səhmdarları Əmlak Məsələləri Dövlət Komitəsidir (75%) Həmçinin, Türkiyənin “T.C.Ziraat Bankasi”, “AzRe” təkrarsığorta şirkəti və “Qala Həyat Sığorta” şirkəti bankın səhmdarlarıdı