AYİB-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbərinin səlahiyyət müddəti başa çatıb

AYİB-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbərinin səlahiyyət müddəti başa çatıb

BANK
492

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri kimi səlahiyyət müddəti başa çatan xanım İvana Duarte ilə görüşüb.

Görüşdə AYİB-lə əlaqələrin inkişafına önəm verildiyi və səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

Azərbaycanda fəaliyyətindən məmnunluğunu ifadə edən xanım İvana Duarte ölkəmizin iqtisadi perspektivlərinin əməkdaşlığın genişlənməsinə əlverişli şərait yaratdığını və AYİB-in dəstəyi ilə bir sıra layihələrin həyata keçirildiyini qeyd edib.

İqtisadiyyat naziri Azərbaycan-AYİB əlaqələrinin inkişafına töhfələrinə, reallaşdırılan layihə və təşəbbüslərə görə xanım İvana Duarteyə minnətdarlığını bildirib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AYİB-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbərinin səlahiyyət müddəti başa çatıb — Fins.az — Fins.az