AYİB: Azərbaycanda özəl sektor layihələrin 41%-ni təşkil edir

AYİB: Azərbaycanda özəl sektor layihələrin 41%-ni təşkil edir

BANK
77

2026-cı ilin aprel ayının sonuna olan məlumata əsasən, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı layihələr portfelinin həcmi 892 milyon avro təşkil edib və ümumilikdə 36 layihəni əhatə edir.

Fins.az xəbər verir ki, məlumat AYİB-in rəsmi göstəricilərinə istinadən verilib.

Bildirilib ki, bankın bu layihələrdə iştirak payı 1% səviyyəsindədir, əməliyyat aktivlərinin həcmi isə 690 milyon avro olaraq qiymətləndirilir.

Portfelin strukturuna əsasən, davamlı infrastruktur layihələri üstünlük təşkil edir və ümumi portfeldə onların payı 89% təşkil edir. Maliyyə institutları üzrə layihələr 7%, korporativ sektor isə 3% paya malikdir. Eyni zamanda, portfelin ümumi dəyərində özəl sektorun payı 41%-ə bərabərdir.

Məlumata görə, AYİB fəaliyyətə başladığı dövrdən indiyədək Azərbaycan iqtisadiyyatına ümumilikdə 3,660 milyard avro investisiya yatırıb, ayrılmış maliyyə vəsaitlərinin həcmi isə 3,409 milyard avro təşkil edir.

Bank bu günədək Azərbaycanda 202 layihənin icrasına dəstək göstərib ki, bu da ölkənin iqtisadi və infrastruktur inkişafında AYİB-in rolunu daha da gücləndirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AYİB: Azərbaycanda özəl sektor layihələrin 41%-ni təşkil edir — Fins.az — Fins.az