AYİB Azərbaycanda istixanaların genişlənməsi üçün pomidor istehsalçısına 2 milyon dollar ayırır

AYİB Azərbaycanda istixanaların genişlənməsi üçün pomidor istehsalçısına 2 milyon dollar ayırır

BANK
1,037

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) istixanaların ərazisinin genişlənməsi üçün Azərbaycanın «H and M Agro LLC» şirkətinə $2 milyon məbləğində kreditin ayrılmasını təsdiqləyib.

Kredit Azərbaycan manatı ilə ayrılır.

Layihənin ümumi dəyəri $3,98 milyon həcmində qiymətləndirilir, bunun $1,98 milyonu – borcalanın vəsaitidir.

“H and M Agro LLC” kredit hesabına hidropon istixanalarının sahəsini (Salyan rayonunda) 5 hektardan 10 hektara qədər genişləndirməyi planlaşdırır. Bu, şirkətə məhsuldarlığı artırmağa, həmçinin adi istixanalarla müqayisədə su istehlakını azaltmağa imkan verəcək.

“H and M Agro LLC” MMC müasir istixanalarda pomidor, xiyar və bibər yetişdirilməsi ilə məşğul olur. Şirkət azərbaycanlı iş adamı Kənan Rəsulova məxsusdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AYİB Azərbaycanda istixanaların genişlənməsi üçün pomidor istehsalçısına 2 milyon dollar ayırır — Fins.az — Fins.az