Avstriyadan Azərbaycana pul köçürmələri artıb, əks istiqamətdə azalıb

Avstriyadan Azərbaycana pul köçürmələri artıb, əks istiqamətdə azalıb

BANK
496

2024-cü ilin ötən ilində Azərbaycandan Avstriyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 5,7 milyon ABŞ dolları olub.

Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,2 milyon ABŞ dolları və ya 17% azalma göstərir. Avstriyanın ümumi pul köçürmələrindəki payı isə 1,1% təşkil edib.

Eyni zamanda, Avstriyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 15 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ilə nisbətən 941 min ABŞ dolları və ya 6,7% artım deməkdir. Avstriyanın ölkəyə ümumi pul köçürmələrindəki payı isə 1,4%-ə yüksəlib.

2024-cü ilin ümumi pul köçürmələri hesabatı göstərir ki, Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən edilən köçürmələr 526,8 milyon ABŞ dolları təşkil edib ki, bu 2023-cü ildəkindən 4,2% azdır. Eyni dövrdə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin həyata keçirdiyi köçürmələr 1,08 milyard ABŞ dollarına çatıb ki, bu da 34,6% azalma nümayiş etdirir.

Azərbaycanın Avstriya iqtisadiyyatına qoyduğu birbaşa xarici investisiyalar 49,3 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ildəkindən 39,9 dəfə çoxdur. Bu sərmayələrin ümumi birbaşa xarici investisiyalar içindəki payı 2,8%-ə bərabərdir. Eyni zamanda, Avstriyanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 50,4 milyon ABŞ dollarını təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 1,9 dəfə artıb.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avstriyadan Azərbaycana pul köçürmələri artıb, əks istiqamətdə azalıb — Fins.az — Fins.az