
Avstraliya Mərkəzi Bankı faizləri endirib
Avstraliya Mərkəzi Bankı faizləri endirib
Fins.az "bloomberg"-ə istinadən xəbər verir ki,iqtisadçıların gözləntiləri istiqamətində siyasət faizini 15 baza endirən Avstraliya Mərkəzi Bankı, yeni istiqraz alışı proqramının başladığını elan edib.
Karantin müddətindən sonra iqtisadiyyatda bir bərpa dövrünə başlamaq istəyən Avstraliyada, Mərkəzi Bank, siyasət faizini endirərkən yeni istiqraz alışı proqramına başlayıb.
İqtisadçıların gözləntilərinə uyğun olaraq, Avstraliyanın Məkəzi Bankı siyasət faizini 0,25%-dən 0,10-%-a qədər 15 % endirib. Faiz endirimi ilə bank 100 milyard dollarlıq (70,4 milyard dollar) istiqraz alınması proqramına başladığını açıqlayıb. Bank yaxın 6 ayda 5-10 il müddətli istiqrazlar alacaq.
Qərarla əlaqəli açıqlamasında, Avstraliya Ehtiyat Bankının Başçısı Philip Lowe, bankın maliyyələşdirmə xərclərini azaltmaq, valyuta məzənnələrini azaltmaq və faiz dərəcələrini azaltmaq və yeni istiqraz satın alma proqramı ilə balans hesabatları ilə aktiv qiymətlərini dəstəkləməyi hədəflədiyini vurğulayıb.
Müəllif:Aynur Qəniyeva