Avropa Yenidənqurma və İnkişaf Bankının xalis mənfəəti 4 dəfədən çox artıb

Avropa Yenidənqurma və İnkişaf Bankının xalis mənfəəti 4 dəfədən çox artıb

BANK
424

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2019-cu ili 1,4 mlrd. avro xalis mənfəətlə yekunlaşdırıb ki, bu da 2018-ci ildə qeydə alınan  göstəricən 4,1 dəfə çoxdur.

 AYİB yayımladığı məlumata görə, bankın kifayət qədər olan kapitallaşma və likvidlik səviyyəsi və tərəfdaş olan 38 ölkədə COVİD-19 virusunun yaratdığı problemlərə tez cavab verməsi qurumun yüksək maliyyə dayanıqlığının göstəricisidir.

Bankın  “AAA” səviyyəsində olan kredit reytinqi və reytinq üzrə “sabit” proqnozu üç əsas beynəlxalq reytinq agentliyi tərəfindən 2019-cu ilin yekunlarına əsasən təsdiqlənmişdi.

Qeyd edək ki, bu yaxınlarda AYİB Azərbaycandakı müştərilər də daxil olmaqla, 38 ölkəni əhatə edən tərəfdaş ölkələr üçün 1 mlrd. avro dəyərində təcili "həmrəylik paketi" təqdim edib.

Məlumat üçün bildirək ki, AYİB bu günə qədər Azərbaycana 173 layihə üzrə 3,5 mlrd. avro məbləğində maliyyə vəsaiti ayırıb. Bundan başqa, AYİB kiçik və orta biznesə məsləhət xidmətləri, 1 000-dən çox şirkətə isə dəstək göstərir.

(c)APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avropa Yenidənqurma və İnkişaf Bankının xalis mənfəəti 4 dəfədən çox artıb — Fins.az — Fins.az