
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə növbəti kupon ödənişi həyata keçiriləcək
Fins.az - Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən 01 iyul 2026-cı il tarixində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) buraxdığı, dəyişən faizli və AZİR (Banklararası Təminatsız Pul Bazarında İstinad Faiz Dərəcəsi) göstəricisinə indeksləşdirilmiş istiqrazlar üzrə növbəti kupon ödənişi həyata keçiriləcək.
Kupon ödənişinin məbləği hər bir istiqraz üzrə 1 643,06 (bir min altı yüz qırx üç manat 06 qəpik) manat təşkil edir.
Qeyd edək ki, dövlət qeydiyyat nömrəsi AZ2001028169 olan, nominal dəyəri 100 000 manat təşkil edən istiqrazların yerləşdirilməsi 01 oktyabr 2025-ci il tarixində uğurla başa çatdırılıb.