Avropa Mərkəzi Bankı  rəsmisindən iyul ayı üçün faiz dərəcəsi proqnozu

Avropa Mərkəzi Bankı  rəsmisindən iyul ayı üçün faiz dərəcəsi proqnozu

BANK
253

Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Madis Müller inflyasiya ilə mübarizə üçün sərtləşdirmə dövrünün iyul ayında 25 bəndlik artımla başlamalı olduğunu bildirib.
"Fins.az" xəbər verir ki, Müller, Avropa  Bölgəsi iqtisadiyyatının yüksək inflyasiya ilə mübarizə apardığı və 50 bəndlik faiz artımının səsləndiyi mühitdə daha aşağı qiymət artımının tərəfdarı olduğunu bildirib.

Estoniya Mərkəzi Bankının sədri olan Muller, rəsmilərin 50 baza bəndi artım üçün sentyabr ayına qədər gözləməli olduğunu açıqlayıb.

Müller Xorvatiyada verdiyi müsahibədə "İnflyasiyanın görünüşünə baxsaq, faiz artımına iyul ayında başlamaq məqsədəuyğun olardı. Sentyabrda 50 bəndlik artımla davam etdirilə bilər"-deyə bildirib. 

Estoniya 22 faizlə Avrozonada ən yüksək inflyasiya səviyyəsinə malikdir. Ölkəni 20,5 %-lə Litva və 19 %lə Latviya izləyir. Avrozona inflyasiyası isə 8,6% təşkil edir ki, bu da AMB-nin 2 faizlik hədəfindən xeyli yüksəkdir.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avropa Mərkəzi Bankı  rəsmisindən iyul ayı üçün faiz dərəcəsi proqnozu — Fins.az — Fins.az