Asiya İnkişaf Bankı Azərbaycanda kənd yerlərindəki mikro və kiçik müəssisələri dəstəkləmək üçün  araşdırmalar aparır

Asiya İnkişaf Bankı Azərbaycanda kənd yerlərindəki mikro və kiçik müəssisələri dəstəkləmək üçün  araşdırmalar aparır

BANK
351

Bakı 10 dekabr Fins.az

 

Asiya İnkişaf Bankı (AİB) və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (ARİKZF) birgə təşkilatçılığı ilə Yamayka İnkişaf Bankı və Malaziya Kredit Zəmanət Korporasiyasının təqdimatlarının da olduğu onlayn dəyirmi masa keçirilib.

Fins.az xəbər verir  ki görüş  Asiya İnkişaf Bankının məsləhətçisi Peter Marronun və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunu baş direktoru Emil Məmmədovun açılış nitqi ilə başlamış,  Asiya İnkişaf Bankının (ADB) Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Nariman Mannapbekovun çıxışı ilə başa çatıb.

AİB  tərəfindən  Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu (ARİKZF) ilə mikro, kiçik və orta biznesin (MKOB) davamlılığını və pandemiyadan sonra bərpasını dəstəkləməyi hədəfləyən işlər davam etdirilir. Bu işlərin bir həssəsi kimi, AİB, xüsusən, kənd yerlərindəki mikro və kiçik müəssisələri dəstəkləmək üçün Azərbaycanın maliyyə sistemində kapitalın katalizasiyasına yönəlik MKOB portfelinin əhatə dairəsinin hazırlanması üzrə araşdırmalar aparır. Dəyirmi masanın təşkilinin əsas səbəbi  bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi və maraqlı tərəflərin məsələnin müzakirə etməsi olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Asiya İnkişaf Bankı Azərbaycanda kənd yerlərindəki mikro və kiçik müəssisələri dəstəkləmək üçün  araşdırmalar aparır — Fins.az — Fins.az