ARDNF-nin aktivləri 2023-cü ilədək  təxminən 49 milyard dollara çata bilər

ARDNF-nin aktivləri 2023-cü ilədək  təxminən 49 milyard dollara çata bilər

BANK
1,165

2022-ci ildə bir barel neftin orta qiyməti 105 dollar səviyyəsində olacağı halda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 48,7 milyard dollara çata bilər.

"Fins.az" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi tərəfindən yayımlanan  Dövlət Büdcəsinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər-də məlumat verilib.

Məlumata görə,2021-ci ilin yekunları üzrə ARDNF-nin aktivləri təxminən 45 milyard dollar təşkil edib. Beləliklə, 2022-ci ildə Fondun aktivlərinin artımı 8,2% təşkil edə bilər.

Xüsusilə, baza variantı halında, cari il ərzində bir barel neftin orta qiyməti $85 olacağı zaman, ARDNF-nin aktivləri 2023-cü ilə qədər 47,8 milyard dollara çatacaq.

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ARDNF-nin aktivləri 2023-cü ilədək  təxminən 49 milyard dollara çata bilər — Fins.az — Fins.az