Ani Ödənişlər Sistemi üzrə əməliyyat sayı 12 dəfə artıb - AMB

Ani Ödənişlər Sistemi üzrə əməliyyat sayı 12 dəfə artıb - AMB

BANK
312

Fins.az - Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci ildə Azərbaycanda Milli Ödəniş Sistemi (MÖS) vasitəsilə həyata keçirilmiş ödənişlərin həcmi 840,9 milyard manat, ödənişlərin sayı isə 145,2 milyon ədəd olub. Ölkənin əsas ödəniş infrastrukturu olan Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZIPS) üzrə əməliyyatların sayı 2,4 milyon ədəd, həcmi 784 milyard manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə əməliyyatların sayında 3,5%, həcmi üzrə isə 5,7% artımı göstərir.

Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) vasitəsilə 2025-ci il ərzində 54,3 milyard manat həcmində 132,8 milyon ödəniş əməliyyatının klirinqi aparılıb. Eyni zamanda Ani Ödənişlər Sistemi (AÖS) üzrə ödənişlərin sayı əvvəlki illə müqayisədə 12,5 dəfə, həcmi isə 90,1% artaraq nağdsız ödənişlərdə sürətli yüksəlişi əks etdirib.

Hesabat dövründə AZIPS, XÖHKS və AÖS-in fəaliyyəti MÖS-in effektivliyinin artmasını, nağdsız ödənişlərin genişlənməsini və Azərbaycan maliyyə infrastrukturunun modernləşməsini nümayiş etdirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ani Ödənişlər Sistemi üzrə əməliyyat sayı 12 dəfə artıb - AMB — Fins.az — Fins.az