AMB Yaxın Şərqdəki hadisələrin iqtisadi təsirlərini izləyir

AMB Yaxın Şərqdəki hadisələrin iqtisadi təsirlərini izləyir

BANK
234

Azərbaycan Mərkəzi Bankı Yaxın Şərqdə, İran ətrafında baş verən hadisələrin iqtisadi təsirlərini izləyir və bu proseslərlə bağlı təhlillər aparır.

Fins.az xəbər verir ki, bu barədə AMB-nin Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə məlumat verib.

Onun sözlərinə görə, hadisələr iki həftədən bir qədər artıq müddətdir davam edir və bu proses fonunda qlobal əmtəə bazarlarında qiymət artımı müşahidə olunur.

Qeyd olunub ki, baş verən dəyişikliklərin nə dərəcədə keçici və ya qalıcı olması ilə bağlı hələ də qeyri-müəyyənlik qalır.

AMB rəsmisi bildirib ki, mövcud vəziyyət fonunda cari əməliyyatlar balansına (CƏB) mümkün təsirlərlə bağlı proqnoz vermək üçün hələ tezdir və qurum prosesləri diqqətlə izləyir.

Eyni zamanda vurğulanıb ki, məsələ ilə bağlı təhlillər davam etdirilir, lakin hazırda yenilənmiş rəsmi proqnoz mövcud deyil və belə bir proqnoz hazırlandığı halda növbəti mətbuat konfransında ictimaiyyətə açıqlanacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AMB Yaxın Şərqdəki hadisələrin iqtisadi təsirlərini izləyir — Fins.az — Fins.az