AMB yanacaq qiymətlərindəki dəyişikliyin inflyasiyaya təsirini açıqlayıb

AMB yanacaq qiymətlərindəki dəyişikliyin inflyasiyaya təsirini açıqlayıb

BANK
278

Tənzimlənən qiymətlərdə artımın inflyasiya proqnozuna birbaşa və dolayı artırıcı təsiri 1.5 faiz bəndi gözlənilir ki, bunun da 1 faiz bəndi 2024-cü ildə reallaşa bilər.

Bu barədə Fins.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 29 iyun 2024-cü il tarixində keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti tənzimlənib. Belə ki, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 1 manat müəyyən edilib.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AMB yanacaq qiymətlərindəki dəyişikliyin inflyasiyaya təsirini açıqlayıb — Fins.az — Fins.az