AMB: Valyuta bazarında təklif tələbi üstələməyə davam edir

AMB: Valyuta bazarında təklif tələbi üstələməyə davam edir

BANK
272

2026-cı ilin iyun ayında Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta bazarında 394 milyon ABŞ dolları həcmində alış yönlü əməliyyat həyata keçirib.

Fins.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, tədiyə balansının cari əməliyyatlar hesabında profisitin artması və maliyyə sektorunda de-dollarlaşma prosesinin davam etməsi fonunda valyuta bazarında təklifin tələbi üstələməsi meyili qorunub saxlanılır. Bildirilib ki, bu tendensiya həm nağd, həm də qeyri-nağd valyuta bazarında müşahidə olunur.

Xatırladılıb ki, 2026-cı ilin aprel ayında Mərkəzi Bankın alış yönlü müdaxiləsinin həcmi 1 milyard ABŞ dolları təşkil edib.

AMB-nin məlumatına əsasən, valyuta bazarında həyata keçirilən əməliyyatlar və valyuta ehtiyatlarının idarə edilməsindən əldə olunan gəlirlər nəticəsində iyun ayında Mərkəzi Bankın valyuta ehtiyatları 445 milyon ABŞ dolları, ilin əvvəlindən isə 1,64 milyard ABŞ dolları artıb.

Bununla yanaşı, qeyd olunub ki, valyuta bazarından alınmış xarici valyutanın tam və ya bir hissəsinin 2026-cı ilin qalan dövründə bazarda formalaşacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi məqsədilə yenidən bazara yönəldilməsi istisna edilmir.

Məlumatda vurğulanıb ki, makroiqtisadi sabitliyin qorunması məqsədilə Mərkəzi Bank valyuta bazarında alış və ya satış yönlü əməliyyatlarda iştirakını davam etdirəcəyi təqdirdə bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AMB: Valyuta bazarında təklif tələbi üstələməyə davam edir — Fins.az — Fins.az