AMB-nin valyuta ehtiyatları 12,687 milyard dollara yüksəlib

AMB-nin valyuta ehtiyatları 12,687 milyard dollara yüksəlib

BANK
328

2026-cı il mayın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 12,687 milyard ABŞ dolları təşkil edib.

Fins.az-ın AMB-yə istinadən verdiyi məlumata görə, bu göstərici bu ilin aprelin 1-i ilə müqayisədə 1,030 milyard ABŞ dolları və ya 8,8% artım deməkdir. Eyni zamanda, valyuta ehtiyatları son 1 il ərzində 1,624 milyard ABŞ dolları və ya 14,7% yüksəlib.

Məlumatda həmçinin qeyd olunub ki, bu il mayın 1-nə Azərbaycanda pul bazası 23,312 milyard manat təşkil edib. Bu göstərici 2026-cı ilin aprelin 1-i ilə müqayisədə 453,2 milyon manat və ya 1,9% azalıb. Buna baxmayaraq, son 1 ildə ölkədə pul bazası 2,6 milyard manat və ya 12,5% artım nümayiş etdirib.

Qeyd edilir ki, pul bazası iqtisadiyyatda mərkəzi bank tərəfindən yaradılan və birbaşa nəzarət edilən ən ilkin pul kütləsidir. O, iki əsas hissədən ibarətdir: dövriyyədə olan nağd pul və bankların Mərkəzi Bankda saxladığı ehtiyatlar. Dövriyyədə olan nağd pul əhalinin və şirkətlərin istifadə etdiyi kağız və metal pulları, bank ehtiyatları isə kommersiya banklarının Mərkəzi Bankda saxladığı məcburi və əlavə ehtiyatları əhatə edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AMB-nin valyuta ehtiyatları 12,687 milyard dollara yüksəlib — Fins.az — Fins.az