AMB 2026-cı il üçün sistem əhəmiyyətli bankların siyahısını açıqlayıb

AMB 2026-cı il üçün sistem əhəmiyyətli bankların siyahısını açıqlayıb

BANK
714

Fins.az - Azərbaycan Respublikasının Mərkəzi Bankı 2026-cı il üzrə sistem əhəmiyyətli bankların siyahısını təsdiqləyib.

Qərara əsasən, ölkənin maliyyə sabitliyi baxımından xüsusi əhəmiyyət daşıyan beş bank müəyyən olunub.

Siyahıya aşağıdakı banklar daxildir:

  • Azərbaycan Beynəlxalq Bankı ASC

  • Kapital Bank ASC

  • PAŞA Bank ASC

  • Bank Respublika ASC

  • Unibank KB ASC

Sistem əhəmiyyətli banklar ölkənin maliyyə sabitliyi üçün strateji rol oynayan, mümkün maliyyə çətinlikləri bütövlükdə bank sektoruna təsir göstərə biləcək qurumlar hesab olunur. Bu banklar Mərkəzi Bank tərəfindən xüsusi meyarlar əsasında qiymətləndirilir.

Qiymətləndirmə prosesi dörd əsas istiqaməti əhatə edir: ölçü, qarşılıqlı bağlılıq, əvəzolunmazlıq və mürəkkəblik.

  • Ölçü meyarı üzrə bankın cəmi aktivləri və depozit portfeli nəzərə alınır.

  • Qarşılıqlı bağlılıq digər maliyyə institutları ilə öhdəlik və tələbləri əhatə edir.

  • Əvəzolunmazlıq kriteriyasında ödəniş əməliyyatlarının həcmi (o cümlədən AZİPS sistemi üzərindən aparılan əməliyyatlar), əmanətçi və müştəri sayı, eləcə də filial və POS şəbəkəsinin miqyası qiymətləndirilir.

  • Mürəkkəblik isə törəmə maliyyə alətləri və ticarət məqsədli qiymətli kağızların həcmi əsasında müəyyən olunur.

Qaydalara əsasən, hesablanmış indeks 420 baza bəndi və ya daha yüksək olduqda bank sistem əhəmiyyətli hesab edilir.

Qeyd edək ki, sistem əhəmiyyətli bankların siyahısı hər il 1 martadək təsdiqlənir və rəsmi qaydada ictimaiyyətə açıqlanır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AMB 2026-cı il üçün sistem əhəmiyyətli bankların siyahısını açıqlayıb — Fins.az — Fins.az