Almaniyadan Azərbaycana investisiya axını 26,3 milyon dollar olub

Almaniyadan Azərbaycana investisiya axını 26,3 milyon dollar olub

BANK
250

2025-ci ildə Almaniyadan Azərbaycana yönələn birbaşa xarici investisiyaların həcmi 26,334 milyon ABŞ dolları təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 48,963 milyon dollar və ya 65 faiz azalma deməkdir.

Məlumata əsasən, Almaniyanın ümumi birbaşa xarici investisiyalarda payı 2025-ci ildə 0,4 faiz səviyyəsində olub.

Qeyd edilib ki, ümumilikdə 2025-ci ildə Azərbaycanın iqtisadiyyatına yönəldilən birbaşa xarici investisiyaların həcmi 6,595 milyard ABŞ dollarını ötüb. Bu rəqəm 2024-cü illə müqayisədə 450,9 milyon dollar və ya 6,4 faiz azdır.

Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici iqtisadiyyatlara yönəldilən investisiyaların həcmi artım göstərib. Belə ki, bu göstərici 2,528 milyard ABŞ dolları təşkil edib və ötən illə müqayisədə 765,4 milyon dollar və ya 43,4 faiz artıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Almaniyadan Azərbaycana investisiya axını 26,3 milyon dollar olub — Fins.az — Fins.az