
“Alfa Kapital” BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Fins.az - Alfa Kapital MMC bank olmayan kredit təşkilatı 2025-ci ili 383 min manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 89,6% çoxdur.
Məlumata görə, ötən il şirkətin vergiyəqədərki mənfəəti 478 min manat təşkil edib ki, bu da illik müqayisədə 88,9% artım deməkdir. Eyni zamanda mənfəət vergisi ödəmələri 96 min manat olub və bu göstərici 88,2% yüksəlib.
2026-cı il yanvarın 1-nə şirkətin aktivləri 3,98 milyon manata çatıb. Bu, illik müqayisədə 32,8% artım deməkdir. Aktivlərin 3,213 milyon manatını müştərilərə verilmiş kreditlər təşkil edib və bu dövrdə kredit portfeli 42,7% genişlənib.
Hesabat dövründə şirkətin öhdəlikləri 35,2% artaraq 2,233 milyon manata, balans kapitalı isə 29,9% artaraq 1,747 milyon manata yüksəlib. Nizamnamə kapitalı isə 2% artaraq 1,02 milyon manat olub.
Qeyd edək ki, “Alfa Kapital” 2013-cü ildə “Effektinvest” adı ilə fəaliyyətə başlayıb və 2026-cı ildə rebrendinq edib. Şirkətin təsisçiləri arasında Fərid Köçərli (52%), Şirin Cavadov (46,5%) və Elçin Niftiyev (1,5%) yer alır.